Şuşanın müqəddəs məkanında — Azərbaycan ruhunun qalası və Türk dünyasının mədəniyyət paytaxtında Əməkdar rəssam Rəşad Mehdiyevin “Əbədiyyətin səsi” adlı monumental heykəltəraşlıq kompozisiyası ucaldılıb.
Əsər tarixi yaddaşı, milli dəyərləri və mənəvi bağlılığı özündə əks etdirən mühüm sənət nümunəsidir.
